Türkiyənin Tokat şəhərinin Zile rayonunda yaşayan Aktürk cütlüyünün yaralı olaraq tapdığı tülkü 3 ay sonra təbiətə qaytarılsa da, tez-tez ailəyə baş çəkməyə gəlir. Anasını itirən Pamuk adlandırdıqları tülküyə ailənin xanımı Elif Aktürk ana qayğısı göstərib.
Teleqraf.com xəbər verir ki, tülkü günün müəyyən saatlarında evə gələrək ailəni ziyarət edir.
Ailənin xanımı bildirib ki, oğlu dağda inəkləri otararkən tülkünü tapıb: "Pamuk çox kiçik idi. Mən ona analıq etdim. İnək südü verdim, bizim yediklərimizdən yedirdim. Bizi çox sevdi. 3 ay sonra təbiətə buraxmaq qərarına gəldik. O da dağlarda gəzib, geri qayıdır".