23 Yanvar 2021 15:20
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada keçirilən Barselona Asiya Film Festivalında “Ən yaxşı ssenari” mükafatını güney azərbaycanlı rejissor Rza Camalinin “Qocalar ölməz” filmi alıb.

Teleqraf.com xəbər verir ki, filmin rejissoru Rza Camali, prodüseri Salman Abbasidir.

Bu, rejissorun eyniadlı qısametrajlı filmi əsasında çəkilən ilk bədii filmidir.

Bundan əvvəl film Tokio Film Festivalının “Asiyanın ruhu” mükafatını qazanmışdı.

Filimin əsas süjet xətti yaşamaq və ölüm fəlsəfəsi haqqındadır.


Müəllif: Mənsur Rəğbətoğlu