6 Fevral 2021 19:13
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Viskonsin ştatında 60 yaşlı qadın Türkiyənin “Diriliş Ərtoğrul” serialını izlədikdən sonra İslam dinini qəbul edərək müsəlman olub.

Teleqraf.com xəbər verir ki, o, bu barədə təəssüratlarını “Anadolu” agentliyinə danışıb.

Viskonsik ştatının kiçik bir qəsəbəsində yaşayan qadın serialın təsiri altında “Xədicə” adını qəbul etdiyini də söyləyib:

“Əhvalımın yaxşı olmadığı bir üçün “Netfliks”də axtarış aparırdım, “Diriliş Ərtoğrul” adlanan bir serialla qarşılaşdım. Haqqında heç nə bilmədiyim bir tarixdən bəhs edirdi. Serialda Allah, İslam, sülh, ədalət və məzlumlara yardımla bağlı eşitdiklərim diqqətimi çox çəkdi”.

İslam haqda daha çox məlumat əldə etmək üçün bol-bol Quran oxuduğunu deyən amerikalı Xədicə müsəlman olmaq qərarı verdikdən sonra bir çox insanın ondan uzaqlaşdığını deyib.

O, Türkiyəyə köçməyi düşündüyünü də dilə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər