ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarə (NASA) martın 21-də nəhəng bir asteroidin Yerin yaxınlığından keçəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “2001 FO32” adllı asteroid 2021-ci ildə müşahidə edilən ən böyük meteoritdir.
NASA-dan verilən açıqlamaya görə, göy cismi Yer kürəsinin təxminən 2 milyon km yaxınlığından keçəcək.
Dünyanın çox yaxınlığından keçəcək meteoritin Yerlə təmasının olmayacağı bildirib. NASA göy cisminin dünyaya çırpılmaq riskinin olmadığını diqqətə çatdırıb.
NASA “2001 FO32”-nin 20 il əvvəl kəşf edildiyini və o vaxtdan bəri mütəmadi olaraq izlənildiyini açıqlayıb.
Nəhəng asteroidin 440-680 m enində və diametrinin ən azı 1 km olduğu, saatda 124 min km sürətlə hərəkət etdiyi deyilib.