19 Aprel 2021 23:57
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilotsuz helikopter vasitəsilə Marsda ilk uçuş həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) məlumat yayıb.

Uçuş səhər tezdən reallaşıb. Cədvələ görə uçuş təxminən 40 saniyə çəkib. Daha sonra NASA “Perseverance”dən telemetriya məlumatları və bir şəkil alıb.

Milli kosmik agentliyin rəsmi Tvitter hesabında sınaq uçuşunun uğurla başa çatdığı bildirilib.

NASA aprelin 7-də vertolyotun Marsdakı sınaq uçuşunun ayın 11-dən əvvəl olmayacağını, sonra tarixin dəyişdirildiyini açıqlamışdı. 1.8 kiloqram ağırlığında olan Mars helikopteri əvvəlcə “Perseverance”nin içərisində olub, sonra kosmik aparatdan ayrılıb.


Müəllif: Teleqraf.com