2 İyun 2021 01:36
2 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Qualcomm", "Broadcom" və Tayvanın "MediaTek" şirkətləri yeni nəsil "Wi-Fi" texnologiyasının hazırlanmasına başlayıb.

Teleqraf.com-un məlumatına görə, "Wi-Fi 7" standartı "Wi-Fi 6" və "Wi-Fi 6E" simsiz rabitə standartının davamçısı olacaq.

Qeyd olunur ki, "Wi-Fi 7" məlumatların ötürülmə sürətini 2 dəfə artıracaq. Bundan başqa, "Wi-Fi 7"nin əhatə radiusu da genişlənəcək.

Yeni texnologiyanın 2-3 il ərzində buraxılışa hazır olacağı deyilir. Bununla eyni zamanda "Wi-Fi 7" dəstəkli qurğular da istifadəyə veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər