Belçikadakı Laurent Simons adlı 11 yaşlı oğlan Antverpen Universitetinin 3 illik fizika fakültəsini 1 ildə ən yaxşı dərəcə ilə bitirib.
Teleqraf.com xəbər verir ki, adıçəkilən universitet Simonsun 2020-ci ilin martından bəri fizika bölümündə təhsili aldığını, bütün tələbələri üstələyərək bakalavr pilləsini başa vurduğunu açıqlayıb.
Simmons hədəfinin ölümsüzlük olduğunu dilə gətirib: “Bədənin mümkün qədər çox sayda hissəsini mexaniki hissələrlə dəyişdirmək istəyirəm. Bunun üçün bir yol hazırladım. Tapmacanın ilk parçası kvant fizikasıdır. Məqsədimə çatmaq üçün dünyanın ən yaxşı professorları ilə çalışmaq istəyirəm. Onların beyninin içinə baxmaq və necə düşündüklərini öyrənmək istəyirəm".