13 Sentyabr 2021 13:21
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kosmos İdarəsi (NASA) planetimiz üçün təhlükə yaradan bir qrup asteroidin uçuş trayektoriyasını bu il noyabrın 24-də dəyişdirmək niyyətindədir, amma mütəxəssislər kosmik agentliyə DART zərbə zondunun buraxılışını qeyri-müəyyən müddətə təxirə salmağı məsləhət görürlər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin qorxuları asteroidin mümkün xaotik davranışı ilə əlaqədardır.

NASA asteroidlə toqquşmaq üçün 350 kq-lıq zond göndərməyə qərar verib, amma asteroidin hərəkət trayektoriyası nəzərə alınmayıb.

DART zondu kiçik asteroidi tam mərkəzdə vurmalıdır ki, bu da onu Yerdən uzaqlaşdırmaq üçün kiçik dəyişikliyə səbəb olacaq, amma alimlərin fikrincə, bundan sonra asteroid hərəkət trayektoriyasını dəyişib Yerə çırpıla da bilər. Bu isə xaotik vəziyyətin yaranması demək olacaq.

Asteroidin nizamsız hərəkəti bəzi problemlər yarada bilər. Birincisi, EKA kosmik gəmisinin enişini çətinləşdirəcək. İkincisi, asteroidin xaotik hərəkəti gələcəkdə təhlükəli kosmik cismin traektoriyasını düzəltmək cəhdlərinə mane olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər