Ailəsinin Osmanlı İmperiyasından İngiltərəyə köçdüyü məlum olan İngiltərə Baş naziri Boris Consonla bağlı maraqlı fakt üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Consonun 56 yaşlı bacısı, jurnalist Reyçel Sabiha Conson “Tayms” qəzeti üçün məqalə yazıb.
Reyçel məqaləsində ailələrinin başına gələnlərdən bəhs edib. Sabiha Conson nənəsi Hənifə Fəridənin Rusiyanın həyata keçirdiyi çərkəz sürgünü zamanı Osmanlıya köçdüyünü və 13 yaşında İstanbulda varlı tacirə satıldığını bildirib.
Sabiha Conson yazıb:
“Hənifə Fəridə 1800-cü illərin ikinci yarısında rusların Qafqazda çərkəzləri sürgünə məcbur etməsi səbəbindən İstanbula köçüb. Nənəmiz Hənifə Fəridə də “ağ köləliyin” (cinsi köləlik) qurbanlardan biri olub. O, İstanbulda atası Əhməd Həmdi tərəfindən 43 yaşlı varlı tacirə satılıb. Amma bu “ağ köləlik” olayına üzülmədim, amma mənim ağlamağımı gözləyirdilər, sadəcə çox düşündüm. Çünki Hənifə Fəridə atasının dəyər verdiyi bir tacirlə evlənməsinin Qara dəniz sahilindəki kasıb bir kənddə qalmaqdan daha yaxşı həyat şansı verə biləcəyini düşündüm”.
Reyçel Sabiha Conson yazısını belə davam etdirib:
“Hənifə Fəridə nənəmiz satılmasaydı, yəqin ki, yenə də elçi üsulu ilə evləndiriləcəkdi. XIX əsrdə Qafqazda iqtisadi çöküş, yoxsulluq və işğallar səbəbindən övladlarını satan atalar, 2021-ci ildə Talibanın hakimiyyəti ələ keçirməsindən sonra uşaqlarını satan atalara oxşayırlar. Düşünürəm ki, Hənifə Fəridənin satılması ona yeni şans verdi. Bu evlilik sayəsində üç nəsil sonra indi dünya liderləri arasında yer alan siyasətçi qardaşım Boris Conson doğuldu”.
Boris Consonun nənələri Hənifə Fəridənin hekayəsini danışan bacısı Reyçelin ikinci adı Sabihadır. Jurnalist Reyçel Sabiha Consonun ikinci adının da Türkiyə ilə əlaqəsi var. Boris Consonun atası Stenli Conson babası Əli Kamala “xəyanət” damğası vurulmasına baxmayaraq, Türkiyənin ən mühüm diplomatlarından biri və Londondakı keçmiş səfiri olan ögey əmisi Zəki Kunəralpla çox yaxın dost olub. Sabiha həm də Əli Kamalın ikinci həyat yoldaşının, başqa sözlə, Zəki Kunəralpın anasının adı olub.
1867-ci ildə İstanbulda doğulan Əhməd Həmdi və Hənifə Fəridənin oğlu Əli Kamal Boris Consonun atası Stenli Consonun (81) babasıdır. Osmanlı dövründə jurnalist-yazıçı olan Əli Kamal İkinci Məşrutə dövründə İttifaq və Tərəqqi əleyhinə fikirlərinə görə xaricə qaçıb. Bir müddət yaşadığı İngiltərədə ingilis Uinfred Börnlə evlənən Əli Kamalın Səlma və Osman Kamal adlı iki övladı dünyaya gəlib, amma həyat yoldaşı oğulları dünyaya gəldikdən qısa müddət sonra ölüb.
Birinci Məşrutənin elan edilməsindən bir gün əvvəl İstanbula qayıdan Əli Kamal qısa müddət maarif və daxili İşlər naziri vəzifələrində işləyib. Amma Qurtuluş Savaşı zamanı Mustafa Kamal Atatürkə və Milli Mübarizəyə qarşı çıxdığına görə bir çox insan tərəfindən “satqın” damğası vurulan Əli Kamal 1922-ci ildə İstanbulda kəşfiyyat tərəfindən qaçırılıb. Əli Kamal “dövlətə xəyanət” ittihamı ilə məhkəmə qarşısına çıxarılmaq üçün Ankaraya aparılarkən İzmitdə regional komandanlığın qərargahı qarşısında toplaşan izdiham tərəfindən linç edilərək öldürülüb.
Londonda yaşayan Əli Kamalın oğlu Osman Kamal və qızı Səlma məktəbdə zorakılığa məruz qalmamaq üçün nənələrinin qızlıq soyadı olan “Conson” soyadını götürüblər. Osman Kamal da adını dəyişərək “Uilfred Conson” qoyub. Uilfred Conson daha sonra ingilis İren Uilyamsla evlənib və cütlüyün oğlu Stenli dünyaya gəldi. Boris Consonun özü Əli Kamalın ulu babası olduğunu açıqlasa da, Hənifə Fəridə ilə bağlı həqiqət ilk dəfə üzə çıxıb.
Çərkəzlər 1862-ci ildən Rus İmperiyası tərəfindən Qafqazdan sürgünə olunub və bu siyasət 1917-ci ilə qədər davam edib.