10 Noyabr 2021 11:25
2 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) Eyfel qülləsi boyda nəhəng asteroidin Yer kürəsinə doğru hərəkət etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “4660 Nereus” və ya 1982 DB adlandırılan asteroidin dekabrın 11-də 6 min 578 km/saat sürətlə Yerə 3.9 milyon kilometr məsafədən keçəcəyi proqnozlaşdırılıb.

Göy cismi ölçüsünə və Yerə yaxınlığına görə “Potensial Təhlükəli Asteroid” (PHA) kimi təsnif edilib.

Mütəxəssislərə görə, Nereusu digər asteroidlər arasında fərqləndirən onun ölçüsü və ya planetə təsir etmə ehtimalı yox, onun kəşfiyyat potensialıdır.

Apollon sinfindən olan Nereusun orbiti onu tez-tez Yerə yaxınlaşdırır. Təxminən 2:1 orbital rezonansa malik olan asteroid Yerin hər orbital dövrəsində iki dəfə öz orbitində fırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər