25 Noyabr 2021 19:38
3 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keti Makdaniel adlı amerikalı qadın 2000-ci ildə ağciyər çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Vəziyyəti pisləşən Makdaniel uzun müddət reanimasiyada qaldıqdan sonra komaya düşüb.

Teleqraf.com xəbər verir ki, sağaldıqdan sonra komada yaşadıqlarını danışan qadın cəhənnəm və cənnəti gördüyünü iddia edib.

Keti əvvəlcə qaranlıq yerə getdiyini, daha sonra isti, dumanlı və boğucu hava ilə üzləşdiyini bildirib. Hazırda 75 yaşında olan Keti iblislərin cəhənnəmdə insanlara işgəncə verdiyini deyib.

"Gördüyüm mənzərə həqiqətən qorxunc idi", - qadın söyləyib.

Keti həmçinin əlləri bir-birinə bağlanmış vəziyyətdə duran iblislə üz-üzə gəldiyini də iddia edib.

Cəhənnəmdə bir otağa girdiyini söyləyən Keti bildirib:

"Cəhənnəmdə gəzərkən bir otağa girdim. Otaqda qadınlar vardı və onların durumu çox pis idi. Üzlərinə belə baxa bilmirdim, mən dərhal otaqdan çıxdım".

Keti bir müddət cəhənnəmdə qaldıqdan sonra "əvvəllər heç vaxt yaşamadığım xoşbəxtlik" kimi təsvir etdiyi hislərlə cənnətə getdiyini və oranın təsvir edilə bilməyəcək qədər gözəl olduğunu iddia edib.

Keti yaşadığı bu maraqlı hadisələr haqda kitab da yazıb. O, kitabında cənnət və cəhənnəm haqda təəssüratlarını insanlarla bölüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər