20 Yanvar 2022 22:56
2 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fizik Albert Eynşteyn və Çikaqo Universitetinin atom alimləri tərəfindən hazırlanan simvolik “Qiyamət saatı” 1947-ci ildən bəşəriyyətin yox olma ehtimalını qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, 1947-ci ildən fəaliyyət göstərən “Qiyamət saatı”nın 75-ci dəfə yenidən qurulacağı açıqlanıb.

Saat qurularkən uzunmüddətli epidemiya, İran, Çin və Şimali Koreyada nüvə silahlarının yayılması, davam edən iqlim böhranı, dövlətlər tərəfindən dəstəklənən dezinformasiya kampaniyaları və dağıdıcı texnologiyalar kimi mövzular qiymətləndiriləcək.

Elm adamları 2020-ci ildə “Qiyamət saatı”nı bir qədər də irəli çəkiblər. saat 2020-ci ildə Qiyamətə 100 saniyənin qaldığını göstərmişdi. Sonuncu dəfə 2018-ci ildə saat irəli çəkilərkən qiyamətə 2 dəqiqə qaldığı xəbərdarlığı edilib. 2019-cu ildə saatın dəqiqəni göstərən əqrəbi gecə yarısına 120 saniyə qalmış saxlanılıb. Rəmzi saatın göstərdiyi vaxt 73 ildir ki, bu, Atom Alimlərinin Bülleteni (The Bulletin of the Atomic Scientists) adlı təşkilat tərəfindən müəyyən edilib.

Gecə yarısı insanlar tərəfindən törədilən fəlakətləri və bu fəlakətlər nəticəsində bəşəriyyəti və sivilizasiyanı məhv edə biləcək apokaliptik inkişafın mümkünlüyünü simvollaşdırır. Bu ehtimal nə qədər yüksək olarsa, saat 12-yə bir o qədər çox yaxınlaşır.

Atom Alimlərinin Bülleteni dünyanın sonu ilə bağlı proqnozlarını açıqlamaq üçün onlayn konfrans keçirəcəyini də açıqlayıb. Elm adamları bildiriblər ki, “Qiyamət saatı” son 75 il ərzində bəşəriyyətin özünü məhv etməyə nə qədər yaxın olduğunu göstərən metafora rolunu oynayıb.

Saat İkinci Dünya Müharibəsi zamanı ilk nüvə silahının yaranmasına səbəb olan Manhetten layihəsində iştirak edən ABŞ alimləri tərəfindən qurulub və bəşəriyyətin qlobal fəlakətlə üz-üzə qalmağa nə qədər yaxın olduğunu göstərən simvolik geri sayım kimi qəbul olunub.

Atom Alimlərinin Bülleteninin yetkilisi Yucin Rabinoviçin dediyinə görə, saatı hazırlamaq rəssam Martil Lanqsdorfa həvalə edilib və ondan insanları qorxudub rasionallığa sövq edəcək saat yaratmaq istənilib.

1945-ci ildə qurulan və 1947-ci ildən bu yana vaxtı yeniləyən saatın kritik nöqtəyə çatdığı yeganə zaman 1953-cü ildəki “Soyuq müharibə ili” olub. Saat ilk dəfə qurulanda 12-yə 7 dəqiqə qalmışdı. Saatın gecə yarısından ən uzağa getdiyi il 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan və “soyuq müharibə” başa çatdıqdan sonra olub, dəqiqə əqrəbi 17 dəqiqə əvvələ çəkilib.

Təşkilat saatı yeniləyərkən onun hesablamalar üçün məsləhətləşdiyi 13 Nobel mükafatı almış elm adamı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər