23 Fevral 2022 23:12
5 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölüm anında insan orqanizmində baş verənlər elmin ən çox maraqlandığı mövzular sırasındadır.

Teleqraf.com xəbər verir ki, elm adamları ilk dəfə ölüm zamanı beynin fəaliyyətini müşahidə ediblər.

Elm adamları 87 yaşlı epilepsiya xəstəsinin infarktdan sonra ölüm anında qeydə alınan elektroensefaloqrafiya (EEQ) sayəsində beyin fəaliyyətini araşdırıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, ölən bir insanın beyin funksiyaları yuxu görən, keçmişi xatırlayan və ya meditasiya edən bir insanın beyni ilə eyni fəaliyyəti göstərir.

87 yaşında dünyasını dəyişən şəxsin beyin fəaliyyəti 15 dəqiqə davam edib. Bu inkişaf ölüm anında baş verənlərlə bağlı bilinməyənlərə də işıq sala bilər.

Araşdırmada iştirak edən Ajmal Zemmar ölümdən əvvəl beynin insan həyatındakı mühüm anları sonuncu dəfə xatırlaya biləcəyinə diqqət çəkib.

Zemmar beynin fəaliyyətinin həyatın nə vaxt bitəcəyi ilə bağlı təsəvvürləri dəyişdirə biləcəyini iddia edib.

Araşdırmanın nəticələri “Frontiers in the Neuroscience of Aging” jurnalında dərc olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər