7 Avqust 2022 22:09
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin ən uzun taxta körpüsü sayılan “Pingnan Vanan” yanğın nəticəsində tamamilə dağılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS informasiya agentliyində məlumat verilib. Yanğının ötən gecə başladığı, bu günə kimi tam söndürüldüyü və tələfatın olmadığı bildirilib.

Ümumi uzunluğu 98,2 metr, eni 4,7 metr olan körpünün 917 il əvvəl (960-1279) tikildiyi bildirilir. “Pingnan Vanan” Çində ən uzun tağlı taxta körpü hesab olunurdu.


Müəllif: Teleqraf.com