ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) Günəş Dinamikası Rəsədxanası Günəşin yeni fotosunu yayımlayıb.
Teleqraf.com xəbər verir ki, agentliyin Tvitter hesabında paylaşılan fotoda Günəş sanki gülümsəyirmiş kimi görünür.
“Pendir kimi! Bu gün NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşi “gülümsəyərkən” yaxaladı. Ultrabənövşəyi işıqda görünən Günəşdəki bu qara ləkələr tac dəlikləri kimi tanınır və sürətli günəş küləyinin kosmosa sıçradığı bölgələrdir”, - NASA-nın açıqlamasında deyilir.
Günəş Dinamikası Rəsədxanası NASA-nın 2010-cu ildən Günəşi müşahidə edən missiyasıdır.