10 Noyabr 2022 09:23
3 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

Amerikalı elm adamları səkkiz ildən çoxdur müşahidə edilən potensial ən təhlükəli asteroidin Yer kürəsi ilə yolunun kəsişə biləcəyi barədə xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, Karnegi Elm İnstitutunun astronomu Skott Şeppard diametri təxminən 1.5 km olan və “planet qatili” adlandırdıqları dünyaya yaxın iki asteroid kəşf etdiklərini açıqlayıb.

Elm adamları bu asteroidlərdən biri 2022 AP7-nin Yer kürəsi üçün potensial təhlükə yaradacaq məsafədə olduğunu deyirlər.

“Planet qatili” əvvəllər Yer və Venera arasında yerləşib, buna görə də onu aşkar etmək çətin olub. Çünki astronomlar bu sahəni araşdırmaq üçün Günəş istiqamətinə baxmalı idilər. “Ceyms Uebb” və ya “Habl” kimi teleskoplar optik həssaslıqlarına görə bu istiqamətdə istifadə edilə bilməzdi.

2022 AP7 asteroidinin Yer kürəsi üçün nə vaxt kəskin təhlükə yaradacağı bəlli deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər