28 Dekabr 2022 09:37
3 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı arxeoloqlar Aydaho ştatında təxminən 15 min 700 il yaşı olan 13 alət ucları tapıblar.

Teleqraf.com xəbər verir ki, bunlar indiyədək Amerikada tapılmış ən qədim bıçağa bənzər alət uclarıdır.

“Bu tapıntılar Amerika qitəsinin qədim xalqları haqda daha çox məlumat əldə etmək üçün vacibdir. Bu insanlar 16 000 il əvvəl Amerikada yaşayıblar və geridə qoyduqları nümunələri tapmaqla buna əmin olmaq başqa bir şeydir”, - qazıntılara rəhbərlik edən Oreqon Universitetinin professoru Loren Davis deyib.

Kiçik ölçülərinə baxmayaraq, elm adamları bunların ölümcül olduğunu deyirlər. Salmon çayı yaxınlığında (Kuper) aparılan qazıntılar nəticəsində 65 mindən çox nümunə tapılıb.

Yaxşı cilalanmış oxlar 16-20 min il yaşı olan Yaponiyanın Hokkaydo şəhərində tapılanlara çox bənzəyir. Devisə görə, bu, Buz dövründə Şimali Amerika və Cənub-Şərqi Asiyada yaşayan insanların indiyədək məlum olan tarixdən xeyli əvvəl tanış olduqlarını göstərə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər