9 Mart 2023 19:56
4 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalov İngiltərəyə oxumağa göndəriləcək.

Bu haqda Teleqraf.com-a MÜSİAD-dan bildirilib.

Məlumatda qeyd olunur ki, hazırda İ.Zeynalovun səfəri üçün lazımi tədbirlər görülür.

Təşkliat İ.Zeynqlovu İngiltərəyə yay məktəbinə göndərəcək.

Qeyd edək ki, İ.Zeynalov Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda doğulub və o, hazırda valideynləri ilə orada yaşayır.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Qubanın Xınalıq kəndindən olan İbrahimin polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər