5 İyun 2023 15:07
3 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüz il əvvəl İngiltərədə nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilən qara damarlı ağ kəpənəklər London yaxınlığındakı çəmənliklərdə yenidən görünməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, elm adamları bu kəpənək növünün yenidən ortaya çıxmasını “sirli gəlişmə” adlandırırlar.

Qara damarlı kəpənəklər Londonun cənub-şərqindəki çəmənliklərdə və kolluq ərazilərdə az da olsa, görünməyə başlayıb. Mütəxəssislərin bu növü yay aylarında çox rast gəlinən kələm kəpənəyi ilə asanlıqla qarışdıra biləcəkləri də deyilir. Çünki uzun illərdir İngiltərədə heç kim qara damarlı ağ kəpənəklərə rast gəlməyib.

Bunlar ilk dəfə 1660-1685-ci illərdə hökmranlıq edən Kral II Karlın dövründə İngiltərədə növlər sırasına daxil edilib. 1925-ci ildə bu növün ölkədə mövcudluğunun rəsmən sona çatdığı bildirilib. Bu günlərdə isə bu kəpənəklər London yaxınlığında, sevimli yaşayış yeri olan yemişan və gavalı ağaclarının ətrafında müşahidə görünür.

Adından da göründüyü kimi, bu növün nümayəndələrinin qanadlarında fərqli qara damarlar var.

İngiltərədə kəpənək növlərini və populyasiyalarını izləyən Kəpənək Qoruma Fondu bu növün yenidən təbiətə buraxılmış ola biləcəyini bildirir. Amma bunun kim tərəfindən və nə üçün edildiyi məlum deyil.

Fonda əlavə edir ki, növün yenidən ortaya çıxması müsbət qarşılansa da, bu nəsli kəsilmiş bir canlının özbaşına yenidən peyda olacağı anlamına gəlmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər