Meksikanın Oaxaka ştatının San-Pedro Hamelula şəhərinin meri Viktor Hüqo Sosa xalqına uğurlar gətirmək üçün timsahla evlənib.
Teleqraf.com xəbər verir ki, o, ənənəvi ritualın bir hissəsi olaraq dişi timsahla ailə qurub. Belə bir “evlilik” ilə sakinlər tanrıların anlara yağış, bol məhsul, sülh və əmin-amanlıq gətirəcəklərinə inanırlar.
Vəhşi heyvana Alisiya Adriana adı verilib. Mərasim zamanı timsahın ağzı kəndirlə bağlanıb