10 Noyabr 2023 01:16
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - gün əhvalınızı yaxşılaşdıracaq. Xoş ünsiyyət, effektiv müzakirələr üçün şərait yaranıb. İşdə situasiya normal olacaq. Tələskənlik, tələblər olmayacaq.

Sürprizlər və gözlənilməz xəbərlər istisna deyil.

Günün ikinci yarısında yaşam enerjisi səviyyəsinin yüksək olması ev işlərinin öhdəsindən gəlməyə kömək edəcək.

Mühüm məsələnin həllini tapmağa, yaxın ətrafınızdakı insanlarla daha sıx ünsiyyət qurmağa imkan verəcək məlumat alacaqsınız.

Axşam saatlarında ciddi məsələ ilə bağlı situasiyada dəyişikliklər olacaq.

Buğa - sizi nigaran qoyacaq, yaxud da ifrat marağınıza səbəb olacaq situasiya formalaşmaqdadır.

Mümkün dəyişiklikləri hiss edin, məqsəd və imkanlarınızı real dəyərləndirin. Davranış modelini müəyyənləşdirin. Yaxın gələcəyinizə təsir edəcək seçim zamanıdır.

Günün ikinci yarısı daha məhsuldar olacaq.

Səfər, səyahət, ambisiyalarınızı təmin edəcək istənilən planların reallaşdırılması üçün əlverişli zamandır.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər ola bilər.

Yardım alacaqsınız. Cəsarətli olun və belədə uğur qazanacaqsınız.

Əkizlər - maddi məsələlərdən birinin həlli üçün yaxşı zamandır.

Həmkarlar və ya tanışlardan biri ilə ünsiyyətdə maraqlı informasiya əldə edə bilərsiniz.

Sifarişçi və ya rəhbərliklə təmaslarda diqqətli olun.

Maraqlı ideya və ya effektiv layihəniz yoxdursa, maaşın artırılması ilə bağlı rəhbərliyə müraciət etməyin. Məhsuldar işinizi konkret misallarla nümayiş etdirin.

Maliyyə durumunuzda pozitiv irəliləyiş ola bilər.

Yaranan imkanları dürüst qiymətləndirin.

Axşam saatları qohumlarla görüş, ailə tədbirləri, ev üçün əşyaların alınması üçün yaxşıdır. Qonaqlarla mehriban olun, səxavətli davranın.

Xərçəng - səhər başlayacaq pozitiv təmayüllər günün ikinci yarısında daha da güclənəcək.

Özünüz və başqaları barədə çox danışmayın. Alınan xəbərləri süzgəcdən keçirin. Cari işdən ayrılmayın, diqqətsiz davranmayın.

Günün ikinci yarısında maliyyə və emosional təmaslar müstəvisində uğur yaşana bilər. Xoşladığınız işlə məşğul olun. Sərfəli işi seçin.

Zahiri görünüşüzdə dəyişikliklər edə bilərsiniz.

Axşam saatları sakit şəraitdə görüş üçün pis deyil.

Şir - ciddi maliyyə vəsaiti və sərmayə tələb edən planlarınız az deyil.

Gəlir mənbələrinin sayını artırmağın, onları səbatlı etməyin yollarını arayın.

Daha az vaxt sərf edərək işinizin effektivliyini artırın.

Maraq dairəniz genişlənir. Neqativ və pozitiv stresslər çoxalacaq.

Qüvvənizi bərpa etmək və daxili müvazinətə nail olmaq üçün normal istirahət edin.

Ev işləri ilə məşğul olun, iş yerini nizama salın.

Axşam saatlarında romantik hisslərə qapılmayın. Yalnız belə olarsa, başqa işlərlə məşğul olmaq, yardımınıza ehtiyac duyan insanlara kömək etmək imkanlarına yiyələnəcəksiniz.

Qız - ayın ən önəmli, ciddi günlərindən biridir. Yaxın gələcəkdə başlayacaq mühüm işə indidən hazırlaşmağa başlayın.

Ünsiyyət, təmaslar və işlərdə özünüzü məhdudlaşdırmayın. Günün ikinci yarısında təəssürat və məlumat vəd edən işləri unutmayın.

Poçt qutularını yoxlayın: sizi maraqlı məlumat gözləyir.

Yazışmalarda səhlənkarlıq etməyin.

Günün ikinci yarısında imicinizdə dəyişikliklər edə bilərsiniz.

Axşam saatlarını dostlarla keçirin.

Tərəzi - emosional yaşam intensivləşəcək. İşlərin gedişatı isə ətraf mühit və əhvaldan birbaşa asılıdır.

Səhər saatlarından etibarən mümkün qədər az danışaraq, məntiqli və gərəkli mövzularda danışan insanlara qulaq asın.

Məşğul olduğunuzu göstərin. Əks təqdirdə vaxtınız hədər gedəcək.

Günün ikinci yarısında önəmli karyera məsələsini həll etmək şansı var. Əlaqələr, tanışlıqlardan istifadə edin. Faydalı məlumatı birbaşa yox, dolayı yollarla əldə edə bilərsiniz.

Təhtəlşüurunuz sizi aldatmayacaq. İntuisiyanıza güvənin.

Axşam saatları alış-veriş üçün düşərli zamandır.

Əqrəb - ayın ən yaxşı günlərindən biridir. Situsiya rəvanlaşır, münasibətlərdə harmoniya yaranır. Təmaslarda müvazinət güclənir.

Mühüm görüş və ya söhbətə hazırlaşın. Maliyyə məsələlərini həll etmək, pul yatırmaq, kiməsə borc vermək olar.

Qohumlarınız arasında yardıma ehtiyac duyan insan var.

Dostlarla təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Virtual məkanda yeni tanışlıqlar və təmaslar istisna deyil.

Oxatan - mühüm qərarın qəbul ediləcəyi vaxtdır. Mənasız və əsassız ümidlərlə vidalaşın. Yeni layihə və ya münasibətlərdə özünüzü sınağa çəkin. Hadisələri tələsdirmədən yeni formalaşan təmaslara nəzər salın.

Önəmli məsələlərdə dominat mövqe tutun. Lakin qarşı tərəfin maraqlarını da bilmərrə unutmayın.

Çoxdan bəri tanıdığınız insanların təkliflərini qulaqardına vurmayın.

Axşam saatlarında ailəvi istirahəti seçin.

Oğlaq - rasional olun, aydın və səlis düşünün. İşlərlə münasibətlərdə orijinal yanaşma nümayiş etdirin.

Qeyri-adi iş görərək özünüzlə bahəm, ətrafınızdakıları da sevindirin.

Ev işlərini yarımçıq qoymayın. Yaxınlarınızın maraqlarını nəzərə alın. Estetik məzmunlu işə başlaya bilərsiniz. Çoxdan bəri almaq istədiyiniz əşya böyük xərcə səbəb ola bilər.

Şəxsi münasibətlərdə diqqətin formal izharı mühüm rol oynayır. Yardım və dəstəyə daha çox kimin ehtiyac duyduğunu müəyyənləşdirin. Yalnız bundan sonra rol bölgüsünə başlayın.

Dolça - çalışdığınız kollektivdə qəfil xəbərlər ola bilər. Yaranmış imkanlar və ya malik olduğunuz potensialdan yararlanaraq davranın.

Baş verənlərin axarında dayanıqlı olmaq üçün maksimum səylə çalışın.

Uğur və ya irəliləyişlərinizin təsadüflə müəyyənləşdiyi dəyişikliklər zolağına daxil olursunuz.

Effektiv çalışan, məntiqli insanlarla təmas qurun. Onlardan nikbinlik və ideyalar ala bilərsiniz.

Axşam saatlarında romantikaya meyl ehtimalı var. Yeni hisslər yarana bilər. Mövcud təmaslarda yeni ümumi perspektivlər və planlar yaranacaq.

Balıqlar - səhər saatlarından başlayaraq fikir və məramlarınızı qaydaya salın. Prioritetləri müəyyənləşdirin, vədlərinizi yerinə yetirin.

Yaşam arealını qaydaya salın. İşlərlə bağlı tələskənliyə yol verməyin.

Günün ikinci yarısında yaradıcılıqla bağlı işlərdə irəliləyiş olacaq.

Yaxınlarınızdan birinin problemini həll edəcəksiniz.

Axşam saatları romantik görüş üçün əlverişlidir. Yeni tanışlıq istisna deyil. İntuisiyanıza güvənin.//Milli.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər