17 Dekabr 2023 18:07
3 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar Almaniyada qazıntılar zamanı qurğuşundan hazırlanmış qəribə artefak tapıblar.

Teleqraf.com xəbər verir ki, araşdırmaçılar bunun Belzebub və ya Şeytanla bağlı orta əsrlərə aid "lənətləmə lövhəsi" olduğunu deyirlər.

İlk baxışda tədqiqatçılar o qədər də gözə çarpmayan bu qatlanmış metal parçasına diqqət yetirməyiblər. Amma onu açdıqdan sonra arxeoloqlar anladılar ki, XV əsrə aid artefaktda qotik yazı ilə oyulmuş və adi gözlə görünməyən şifrəli mesaj var. Tədqiqatçılar mətni Taleke adlı qadına və Henrik adlı kişiyə yönəlmiş lənət kimi deşifrə ediblər. Kişi və qadını lənətləmək istəyənlər bununla Belzebub (Şeytan) və Beriti (İblisin ruhu) çağırıblar.

Arxeoloqlara görə, tapıntı unikaldır, xüsusən ona görə ki, oxşar lövhələr e.ə. 800-600-cü illərdə qədim Yunanıstan və Romada da geniş yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu