Bəzən tələsdiyimiz alternativ, tez hazır olan qidaları seçirik. Əslində, istehlak etdiyimiz bu məhsullar normalda faydalı olsa da, acqarına bizə zərər verir.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər bəzi qidaları acqarına qəbul etməyi məsləhət görmürlər. Xüsusilə səhər yeməyində bəzi qidaları acqarına yedikdə orqanizmimizdə mənfi reaksiyalar verə bilər.
Portağal şirəsini acqarına və başqa heç bir şey əlavə etmədən istehlak etsəniz, turşulu olduğu üçün mədənizə zərər verəcək.
Pomidorda olan yüksək turşuluq acqarına istehlak edildikdə mədə narahatlığına səbəb olur.
Bananın tərkibində yüksək kalium olduğu üçün qan şəkəriniz qəfil yüksələ bilər. Bu səbəbdən bananı acqarına istehlak etmək tövsiyə edilmir.
Ac olarkən acı ədviyyatlardan uzaq olmaq lazımdır. Bu, reflüks, qastrit və xora kimi xəstəliklərlə yanaşı, mədə pozğunluqlarına gətirib çıxara bilər.
Acqarına qəhvə içmək, tərkibindəki kofein səbəbiylə mədə ağrıları yaradır. Meyvəli yoqurtlar da bu siyahıya daxildir.