01:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple"ın daxili araşdırması göstərdi ki, "ChatGPT" dəqiqliyə görə "Siri"dən 25% üstündür.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində qeyd olunub.

Məqalədə deyilir ki, "ChatGPT" "Siri"dən daha çox suala cavab verməyə qadirdir. Bu, şirkət daxilində "Apple Intelligence"in rəqiblərindən təxminən iki il geri qaldığına dair təsəvvürləri artırır.

"İlk başlarda "Apple" "Google Maps"dən xeyli geri qaldı. Bu da istifadəçilərin lağ etməsinə səbəb oldu. Ancaq bir neçə il sonra "Apple" ABŞ bazarında "Google" ilə başa-baş rəqabət aparmağa başladı" - məqalədə qeyd edilib.

Bundan başqa "Apple"ın süni intellekt sahəsində rəqiblərinə çatmağın üç yolu olduğu bildirilib. Birinci "Apple" şirkəti süni intellektin özünü təkmilləşdirmək, üçüncü tərəf mütəxəssislərini cəlb etmək və ya hazır texnologiya almaq. Şirkətin seçimi 2026-cı ildə məlum olacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər