Hər dəfə Qafqaz Albaniyası barədə yazanda ermənilər, ruslar, iranlılar və hətta osmanlılar iddia edirlər ki, belə dövlət olmayıb. Hətta bizim tarixçilərin bəziləri araşdırma etmədən onların fikirlərini təsdiq edirlər.
İndi isə Sizlərə qeyri adi bir xəritə təqdim edirəm. Diqqətlə baxın, Roma imperatoru II Konstantin, Flavi Klavdi Konstantin üçün hazırlanan xəritə. Albaniya dövləti göstərilir, Xəzər dənizi Hirkan dənizi kimi yazılır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin əsərlərində Xəzər dənizini Kaspiy və Hirkan kimi adlanır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsinə görə adlanır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur. Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban, Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Hazırda bu Xəritə İtaliya, Roma şəhərində yerləşən “Capitoline Museums”də saxlanılır.
Hətta Şamaxı (və ya Şamaxı) dağları həqiqətən də “ilk, orijinal, təməl daşı, təməl” dağlar kimi qeyd edilir. Xəritəni tədqiq edən fransız tədqiqatçısı Saint-Yves Dalweider yazır ki, "Şa-ma-Xı" termini bir növ "başlanğıcın əlaməti, təməl daşıdır". (Mənbə: Les Clefs de l’Orient. Les mystères de la naissance, les sexes et l’amour, les mystères de la mort, d’après les clefs de la Cabbale orientale, 1877 ; Les Rouyat, 1978, 52 p.).
Bu xəritə bir daha təsdiq edir ki, Albaniya “Qafqaz Azərbaycanı”-dır. 1917-ci il-də nəşr edilmiş "Rus-Çin lüğəti" adlı kitabda rus dilindən Çin dilinə tərcümədə “Alban” sözünü “Azərbaycan” deyə tərcümə ediblər. Bu barədə Oljas Süleymanov da öz əsərində qeyd edir. Qafqazda yerləşən Albaniya ölkəsini bəzi xalqların adına bağlamağa cəhdlər olub. 1846-cı ildə rus şərqşünası M.Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilib. Onun bu mövqeyi B.Dorn tərəfindən də qəbul olunub. Yüzlərlə fakt var ki, alimlər Qafqaz Albaniyasını Şimali Azərbaycan kimi qəbul edirlər.
AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev