Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) lideri Məhəmməd bin Zayed Əl Nəhyan Moskvada gimnaziyanı ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, hər iki ölkənin liderinə ziyarət zamanı təhsil ocağının simvolu olan "Primus" adlı oyuncaq ayı və qırmızı köynək təqdim edilib.
Qeyd edək ki, BƏƏ prezidenti oktyabrın 20-də Moskvaya rəsmi səfərə gəlib.