Üzərində yazılar yazılmış qədim qaya lövhəsini tapıblıb.
Teleqraf.com xəbər verir ki, qədim tapıntı arxeoloqlar tərəfindən İspaniyada tapılıb.
Tapıntı Rosetta daşından 400 il daha qədim zamana aid yazılı lövhə tapılıb.
Qədim tapıntının Paleo-İspan Tartessos sivilizasiyası ilə əlaqəli olduğu güman edilir. Tartessos xalqı ilk dəfə eramızdan əvvəl 8-ci əsrdə İber yarımadasında məskunlaşan və o dönəm üçün mükəmməl sayılacaq yazı sistemi ilə tanınan qədim sivilizasiya idi.
Onlar eramızdan əvvəl 4-cü əsrdə müəmmalı şəkildə yoxa çıxıb. Əsrlər boyu qalıqları tapılmadığı üçün onu “itirilmiş” cəmiyyət adlandırırlıb. "Casas del Turunuelo" bölgəsindəki arxeoloji qazıntılar zamanı aşkar edilən 20 santimetrlik qaya eramızdan əvvəl 600-cü ildə yazıldığı güman edilir. Bu, eramızdan əvvəl 196-cı ildə Misirdə tapılan Rosetta daşından yüz illər əvvələ aiddir.
Alimlər qədim sivilizasıyanın əlifbasında 27 işarənin mövcud olduğunu düşünür. Tapılan eksponatda 21 işarədən ibarət yazı mövcud olub. Alimlər 6 hərfin hələdə tapılmadığını deyir.