21 İyun 00:23
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Maskın şirkətinin ozon təbəqəsini zədələdiyi ilə bağlı iddialar səsləndirilir.

Teleqraf.com xəbər verir ki, söhbət E.Maskın "Starlink" peyklərindən gedir.

Alimlərin araşdırmasına görə, "SpaceX"in "Starlink" peyk şəbəkələri atmosferə ozon təbəqəsini məhv edə biləcək miqdarda alüminium oksid qazı buraxır.

"SpaceX" şirkəti hazırda ümumilikdə 6 mindən çox peyki orbitə buraxıb. Bu peyklər xidmət müddətinin sonunda atmosferdə yanmaq üçün nəzərdə tutulub. Bu da ozon təbəqəsinə öldürücü təsir edir. Alimlər qlobal internetə tələbatdan dolayı çoxlu sayda peykin səmaya buraxılmasından narahatdırlar.

"SpaceX"in daha 12 min "Starlink" peykini buraxmaq icazəsi olduğu halda, digər texnologiya şirkətləri də yaxın illərdə minlərlə peyk buraxmağı planlaşdırır.


Müəllif: Arzu

Oxşar xəbərlər