"TikTok" ABŞ-də qadağan edilməmişdən öncə Ağ Evə təklif verib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ABŞ-də "TikTok"un qadağa olunmasına səbəb şirkətin istifadəçilərin məlumatlarını Çinlə paylaşmağı ilə bağlı iddialar olub. "TikTok" və bağlı olduğu "ByteDance" şirkəti isə bu iddiaları həmişə rədd edib.
Xəbərdə deyilir ki, şirkət ABŞ hökümətinə fövqəladə hallarda sosial şəbəkəni bağlama icazəsini təklif edib. "TikTok" bildirib ki, bu təkliflə ABŞ hökuməti "platformanı dayandırmaq üçün aydın səlahiyyətə" sahib olacaq.