Kompüter oyunları kişilərin stresdən qurtulmasına kömək etdiyi üçün cütlüklər arasında münasibətləri yaxşılaşdırmağa kömək edir.
Teleqraf.com xəbər verir ki, Britaniyalı alimlərin apardığı araşdırma kompüter oyunlarının kişilərin stresini azaltdığını göstərib. Nəticədə onlar yaxınları ilə daha yaxşı ünsiyyət qura bilirlər.
Qeyd olunur ki, təcrübədə iştirak edən cütlüklər oyun oynadıqlarına görə münasibətlərinin yaxşılaşdığını və ünsiyyət keyfiyyətinin yüksəldiyini etiraf ediblər.
Bununla belə, tədqiqatçılar bildirir ki, müsbət effekt əldə etmək üçün oyun oynayan zaman kişiləri yayındırmamaq lazımdır.