Böyük Britanyada yeləşən Həyat Keyfiyyəti İnstitutu dünyanın xoşbəxt şəhərlərinin siyahısını hazırlayıb.
Teleqraf.com xəbər verir ki, araşdırmaya görə ilk onluqda Danimarkadan 2, Almanyadan 2, İsveçrədən 2 şəhər var.
Birinci yerdə Danimarkanın Orhus şəhəridir. Orhus Danimarkanın ikinci böyük şəhəridir.
İkinci yerdə İsveçrənin Sürix şəhəridir. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir. Dünyanın ən bahalı şəhərlərindən biridir.
Üçüncü yerdə Almanyanın Berlin şəhəridir. Berlin Almanyanın paytaxtı və ən böyük şəhəridir.
Dördüncü yerdə İsveçin Göteborq şəhəridir. İsveçin ikinci ən böyük şəhəri və Nordic ölkələrində beşinci böyük şəhərdir.
Beşinci yerdə Niderlandın paytaxtı Amsterdam şəhəridir. Altıncı yerdə Finlandiyanın paytaxtı Helsinki şəhəridir. Yeddinci yerdə İngiltərədən Bristol şəhəri, səkkizinci yerdə Danimarkanın paytaxtı Kopenhagen, doqquzuncu yerdə İsveçrənin bir başqa şəhəri - Cenevrə və onuncu yerdə isə Almanyanın Münhen şəhəridir.