2 İyul 12:52
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın radikal müxalifətinin revanşist “Vətən naminə Tavuş” hərəkatı yenidən təşkilatlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazır.

Hərəkatın lideri, keşiş Baqrat Qalstyanyan da “yeni mübarizə”nin anonsunu verib.

Politoloq Mikael Nahapetyan revanşistlərin Baqratla heç nəyə nail olmayacaqlarını deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyət bir din adamının baş nazir olmasını istəmir: “Keşiş Baqrata cəmiyyətdə müəyyən qədər rəğbət var, amma insanlar baş nazir kimi daha çox siyasi, qeyri-dini xadimi təsəvvürlərinə gətirirlər”.

Nahapetyanın fikrincə, Baqratın rəhbərlik etdiyi hərəkata cəmiyyətdən marağın olmamasının səbəblərindən biri də budur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər