2 İyul 19:13
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti İkinci Dünya Müharibəsində faşizmdən əziyyət çəkən polyaklara yardım edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Polşanın baş naziri Donald Tusk ilə keçirilən birgə mətbuat konfransında deyib.

Olaf Şolts bu ilin Almaniyanın Polşaya hücumunun 85-ci ildönümü olduğunu deyib:

"Biz almanlar İkinci Dünya Müharibəsi zamanı Polşa xalqına və digər qonşularımıza çox ağrılar verdik. Almaniya törətdiyi cinayətin ağırlığını, milyonlar qarşısında məsuliyyətini daşıyır. Alman işğalının qurbanları qarşısında vəzifəsini çox yaxşı bilir. Buna görə də 1939-1945-ci illərdə Almaniyanın hücumundan və işğalından sağ çıxanlara dəstək olmaq üçün” tədbirlər görməyə çalışacağıq”.

İkinci Dünya Müharibəsi qurbanı olan və hazırda sağ olan təxminən 40 min insana yardımın necə, nə qədər və nə vaxt veriləcəyi ilə bağlı məlumat verilməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər