Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Belçikada halal kəsim qadağasına qarşı açılan işdə yekun qərarı verib .
Teleqraf.com xəbər verir ki, məhkəmə qərara yenidən baxılması tələbini rədd edib.
Müsəlman və yəhudi təşkilatlarının halal kəsim qadağasının din azadlığını pozmasına dair iddiasını dəstəkləməyən Avropa İnsan Haqları Məhkəməsi hökumətin qərarını haqlı hesab edib.
Avropa İnsan Haqları Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarına əsasən Belçika hökuməti "halal kəsim" qaydalarını tanımamaqla dini etiqad azadlığını pozmayıb.
Qeyd edək ki, Belçikada 2017-ci ildə Flaman bölgəsi və 2018-ci ildə Valon bölgəsində İslam inancına görə halal, yəhudiliyə görə isə koşer kəsimi kimi tanınan üsulu qadağan edib.