2 İyul 14:01
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun iyulun 9-11-də keçiriləcək sammiti təkcə bu blokun yaradılmasının 75-ci ildönümünə həsr edilmiş yubiley tədbiri deyil, bu çərçivədə Ukraynaya gedəcək yardım da müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Ekspert Ermənistanın bu tədbirdə iştirakının təsadüfi olmadığını bildirib. Tarasov hesab edir ki, Xorvatiyada Ermənistan və Ukrayna xarici işlər nazirləri Ararat Mirzoyan və Dmitri Kuleba arasında baş tutan görüş də bu kontekstdə nəzərdən keçirilməlidir.

“Bütün bunlar bir hərəkət zəncirini təşkil edir, İrəvanın Qərbə doğru necə ardıcıl hərəkət etdiyini göstərir”, - politoloq əlavə edib.

Rusiyalı ekspertlərin fikrincə, Ermənistanda rəhbər şəxslər bütün bunlara həvəslə yanaşır, hesab edirlər ki, Ermənistan üçün yeni imkanlar açılıb, o cümlədən Avropa Birliyinə üzvlük üçün:

“Müvafiq olaraq, gələcəkdə NATO-ya üzv olmaq perspektivləri də istisna edilmir. Bütün bunlar tamamilə Vaşinqtonun mərkəzindən idarə olunur, Cənubi Qafqazda onlara tabe olacaq, Rusiya və Çinə qarşı Amerika strategiyasını dəstəkləyəcək yeni müttəfiq əldə etmək istəklərini gizlətmirlər. Bu gəlişmələrin fonunda İrəvanın növbəti mərhələdə KTMT-dən çıxdığını bəyan edəcəyi istisna edilmir. Bu, həm region, həm də xüsusilə Ermənistan üçün çox təhlükəli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər