2 İyul 17:34
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkilərində Lalə xanımın (Lalə Şövkət) iştirak etmək niyyəti yoxdur. Onun səhhəti buna imkan vermir.

Bunu Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

O qeyd edib ki, Lalə xanım hazırda səhhəti ilə bağlı müalicələr alır: “Mümkün qədər istirahət edir. Onun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı mümkün deyil. Hazırda o, Bakıda bağdadır və sadəcə olaraq ictimai-siyasi prosesləri izləyir”.

Sidiq Şövkət Lalə xanımın səhhəti imkan versə, Şuşaya getmək niyyətinin olduğu da deyib: “Belə bir arzusu var ki, gedib azad edilmiş ərazilərimizi gəzsin, Şuşada olsun. Amma hələlik səhhəti buna da mane olur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər