Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən seçkilərdə müşahidəçilik edən şəxslərə dəvətlər hazırlanıb: "Təxmini 30-a yaxın təşkilata dəvət göndəriləcək".