3 İyul 00:24
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin qədim şəhərlərindən birində 2500 il əvvələ aid olan mumiyalarla dolu qəbirlər tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Bildirilir ki, Asvan şəhərində arxeoloqlar 1400-ə yaxın mumiyadan ibarət daha 36 məzar aşkar ediblər. Milan Universitetinin arxeoloqu Patrizia Piacentini bildirib ki, məzarların yerləşdiyi ərazi 82 kilometrə qədər uzanır.

Aşkar edilən mumiyaların çoxu həyatı boyu infeksiyalardan əziyyət çəkən insanlara aiddir. Alimlər həmçinin qədim misirlilər arasında sümük xəstəlikləri və vərəmin geniş yayıldığını, uşaqların qida çatışmazlığı əlamətləri ilə anemiyadan əziyyət çəkdiyini müəyyən ediblər.

Mumiyaların təxminən 30-40 faizi yeni doğulmuş körpələrə və yeniyetmələrə aiddir.

Yeni tapıntılar sayəsində alimlər müəyyən ediblər ki, qəbirlərdəki qalıqların yeri insanın sosial vəziyyətindən asılı olub. Elit təbəqənin insanların mumiyaları təpədə, orta təbəqənin isə yamacda tapılıb.

Piacentini vurğulayıb ki, mumiyalar öyrənilmək üçün aparılacaq, məzarlar isə təmizlənəcək: “Biz onların tarixini öyrənəcəyik, sonra onları geri qoyub məzarları bağlayacağıq. Bu mənim üçün əvvəldən vacib idi”.

Xatırladaq ki, Asvanda ilk məzar 2019-cu ildə tapılıb. Tapılan məzarın içində dörd mumiya var idi. Sonrakı araşdırmalar onların ailə olduğunu göstərib. Asvan 4,5 min ildən çox əvvəl qurulmuş və mühüm ticarət və hərbi məntəqəyə çevrilmişdir


Müəllif: Arzu

Oxşar xəbərlər