10 İyul 01:02
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çirkli hava süni mayalanma yolu ilə hamilə qalan qadınların doğuşuna mənfi təsir göstərir.

Teleqraf.com xəbər verir ki, alimlər hava çirkliliyinin 8 il ərzində təxminən 3600 dondurulmuş embrionun köçürülməsinə təsirini təhlil ediblər.

Bildirilir ki, süni mayalanma üçün yumurtaların toplanmasından iki həftə əvvəl incə hissəciklərə məruz qalmaya diqqət yetirilib, nəticədə doğum ehtimalının 38 faiz azaldığını müşahidə edilib.

Süni mayalanma dərman və cərrahi müdaxilədən istifadə edərək yumurtanın orqanizmdən kənarda döllənməsini və mayalanmış yumurtanın qadının rəhminə yerləşdirilməsini nəzərdə tutan köməkçi reproduktiv texnologiyadır.


Müəllif: Arzu

Oxşar xəbərlər