11 İyul 08:13
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər Günəş sistemindən kənarda səthində suyun olması ehtimal olunan planet aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, aşkar edilən planetin səthi buzla örtülmüş okeandır.

Alimlər planeti "LHS-1140b" adlandırıb və onun həyat üçün yeni bir ümid işığı ola biləcəyini deyiblər. Planetin ən diqqətçəkən xüsusiyyəti onun iris kimi bölgəsidir, diametri təxminən 4000 kilometrdir və daim öz ulduzuna doğru yönəlmiş görünür. "LHS-1140b" planetinin radiusu yerdən təxminən 1,73 dəfə, kütləsindən isə 5,6 dəfə böyükdür.

O, Yerə çox yaxın orbitdə fırlanır və bütün orbiti cəmi 25 günə tamamlayır.


Müəllif: Arzu

Oxşar xəbərlər