Alimlər "Omega Centauri" adlı ulduz klasterinin mərkəzində, yerdən təxminən 17 min işıq ili uzaqlıqda olan və kütləsi ən azı 8200 Günəş kütləsinə bərabər olan qara dəlik aşkarlayıblar.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, astronomlar 20 illik araşdırmadanın nəticəsində bu kəşfi əldə ediblər.
Astronomlar "Hubble" Kosmik Teleskopundan istifadə edərək 20 il ərzində toplanmış 500-dən çox görüntüdən istifadə edərək, "Omega Centauri"nin mərkəzinin yenilənmiş və daha ətraflı kataloqunu yaradıblar.
"Omega Centauri"nin bir vaxtlar "Gaia Sosis" adlı cırtdan qalaktikasının nüvəsi olduğu düşünülür. Dəlik 150 işıq ili genişliyindədir və təxminən 10 milyon ulduzu ehtiva edir.