12 İyul 01:48
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti tezliklə insan üzərində növbəti sınaqlara başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət "X" sosial şəbəkəsində məlumat verib.

Birinci əməliyyatdan fərqli olaraq bu dəfə prosedurlarda bəzi dəyişikliklər olacaq. Daha əvvəl şirkətin beyninə çip yerləşdirdiyi ilk şəxs kompüterin mausunu hərəkət etdirə və kompüter oyunları oynaya bilirdi.

Budəfəki əməliyyat zamanı isə elektrodlar beyinə daha dərin yerləşdiriləcək.

Bundan başqa, şirkət bu il daha çox insan üzərində sınaqlar keçirməyi planlaşdırır və 2024-cü ildə beyin çiplərini ikidən çox şəxsə tətbiq etməyi hədəfləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər