NASA insanları iki aya Marsa çatdıracaq yeni raket sisteminə 725 min dollar sərmayə qoyub.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, mövcud texnologiya ilə hazırda marsa gediş-gəliş təxminən iki il çəkir.
Kosmosda çox vaxt keçirmək astronavtların sağlamlığına təsir edir. Kosmosda 6 ay vaxt keçirən astronavt yüksək miqdarda radiasiyaya məruz qalır. Bu da onları xərçəng, sinir sisteminin zədələnməsi, sümük əriməsi və ürək xəstəlikləri riski ilə üz-üzə qoyur.
Bu riskləri almamaq üçün NASA yeni raket sistemi olan "Pulsed Plasma Rocket" (PPR) yaratmaq üçün "Troy Howe Business Insider" şirkəti ilə ortaq əməkdaşlığa başlayıb. "Troy Howe Business Insider" şirkəti bu raket sisteminin hazır olması üçün hələ uzun müddət lazım olacağını qeyd edib.