Günəş şüaları düşəndə Ayda temperatur +127°-yə qədər qalxa, düşməyəndə isə -173°-yə qədər enə bilər.
Teleqraf.com xəbər verir ki, "Nature Astronomy" jurnalında dərc olunmuş məqaləyə görə, Rusiya, Çin və ABŞ-nin Ayda yaşayış bazaları tikmək planları var. Bunun üçün Ayda tunel qazmaq tələb olunur. Ancaq alimlər bu yaxınlarda kəşf ediblər ki, Ayda artıq tunellər var.
ABŞ-nin "Lunar Reconnaissance Orbiter" kosmik aparatı Ayın görünən tərəfində tədqiqat apararkən orada çoxlu çuxur aşkarlayıb və orda temperaturun +17° səviyyəsində qaldığını müəyyən edib. Çuxurların dərinliyində temperatur daha sabitdir.
Alimlər güman ediblər ki, bu çuxurların bəzisi çökmüş lava borusudur.
Tunellərin uzunluğu 30-80 metr, eni isə təxminən 45 metrdir.
Ayın səthində təxminən 200 çuxur məlumdur. Bu çuxurlar gələcəkdə Ay işğalçıları üçün təhlükəsiz daldalanacaq rolunu oynaya bilər.