18 İyul 20:26
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Belçikadan olan alimlər Merkurinin dərinliklərində almaz təbəqəsinin ola biləcəyini ehtimal edirlər.

Teleqraf.com xəbər verir ki, tədqiqat "Nature Communications" jurnalında dərc olunub.

Alimlər hesab edirlər ki, Merkuri maqma okeanından əmələ gəlib. Onun süxurları karbon və silikatlarla zəngindir. Təxmin olunur ki, planetin içindəki təzyiq və temperatur karbonu almaza çevirə bilər. Bunu yoxlamaq üçün alimlər kimyəvi qarışıqlar yaradıb onu yüksək təzyiq və istiliyə məruz qoyublar.

Nəticələr göstərdi ki, Merkurinin mantiyasında olivin və almaz əmələ gələ bilər. Kompüter modelləşdirməsi təsdiq edib ki, planetin mantiyasının qalınlığı təxminən 15 kilometrlik almaz qabığı ilə əhatə oluna bilər.

Dərinliyinə (485 kilometr) görə bu almazları çıxarmaq mümkün olmasa da, almaz təbəqəsi Merkurinin nüvə ilə mantiya arasında istiliyi ötürməklə maqnit sahəsini yarada bilməsini izah edə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər