Gündəlik kalorinin 13%-dən çoxunun şəkərdən əldə olunması ürək üçün zərərlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Conversation"a Şimali Dakota Universitetinin qidalanma üzrə dosenti Nataniel Conson danışıb.
Həkim bildirib ki, gündəlik qəbul olunmuş kalorinin 13%-dən çox şəkərdən alınması ürək-damar xəstəliklərindən ölüm riskini 39% artırır.
Karbohidratlarla zəngin qidaların (taxıl, qazlı içkilər, şirniyyatlar, fast fud) istehlakı qanda lipid səviyyəsinin, aclığın və insulin istehsalının artmasına səbəb olur. Bütün bu amillər ürək xəstəliyi və 2-ci tip şəkərli diabetin inkişafına təsir edir.
Dietoloq qeyd edib ki, yüksək qan şəkəri (diabet və ya prediabet) təzyiqi artırır. Hazır qidalardan (meyvə, tərəvəz, giləmeyvə və süd istisnadır) istehlak edilən əlavə şəkərin gündəlik miqdarı 2000 kalorili pəhrizdə 65 qramı keçməməlidir.
Ümumiyyətlə, bədəninizin şəkərdən qəbul etdiyi gündəlik kalorilərinin nisbəti 13%-dən aşağı olmalıdır.