31 İyul 08:57
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Roma imperiyası dövrünə aid nəhəng Zevs heykəlinin başı tapılıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "X" sosial şəbəkəsində paylaşım edib.

O, bildirib ki, nəhəng heykəlin başı Aspendos antik şəhərində aparılan qazıntılar zamanı tapılıb.

"Əsrlər sonra gün işığına qovuşan mərmər baş, Yunan mifologiyasının ən güclü və əhəmiyyətli tanrısı olan Zevsin əzəmətini nümayiş etdirir".


Müəllif: Arzu

Oxşar xəbərlər