İnfarkt keçirən britaniyalı qadın qəfildən İsveç aksenti ilə danışmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, 60 yaşlı qadın daha əvvəl İsveçdə olmayıb.
Britaniyalı Gorginya Qeyli telefonla danışarkən qəfil nitqi dəyişib. Bu, qadını təşvişə salıb deyə o, xəstəxanaya gedib. Bir neçə ay əvvəl Qeyli infarkt keçirən qadına həkimlər xarici aksent sindromu diaqnozu qoyublar.
Qeylinin dediyinə görə, o, 3 ildir ki, isveç aksentindən qurtula bilmir. İndi ləhcəsinə görə heç kim onun ingilis olduğuna inanmır və əksini sübut etməyə çalışanda ona gülürlər. O, doğma ləhcəsini bərpa etmək ümidi ilə bir nevroloqlara üz tutub.