ABŞ alimləri nəsli kəsilməkdə olan heyvanların Aya daşınmasını təklif ediblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, alimlər Ayın səthində anbarlar tikmək planını təklif edib.
Tədqiqatçıların fikrincə, belə bir addım nəsli kəsilməkdə olan ən həssas heyvan növlərinin nümunələrinin qorunub saxlanmasını təmin edəcək. Bu yolla onlar Yer kürəsində risklərdən qaçmış olacaqlar.
Təklifə əsasən belə bir saxlama yeri Ayın qütblərindən birinin yaxınlığında yerləşəcək. Orada temperatur -196 dərəcədən aşağı saxlanılır, ona görə də anbar bir növ soyuducu rolunu oynayacaq.