ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əri Duq Emhof ilk həyat yoldaşından xəyanət ucbatından boşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşr müəyyən edib ki, Emhof birinci həyat yoldaşını uşaqlarına baxan dayə Nagen Naylorla aldadıb. Nəticədə o, hamilə qalıb. Emhofun ilk evliliyini belə bitirdiyi iddia edilir.
Bu səbəbdən dayə ibtidai sinif müəllimi işlədiyi özəl məktəbdən istefa verməli olub. Onun övladı olub-olmadığı məlum deyil.